Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dünən Tərtər rayonunda minaya düşən şəxsin ayaqları amputasiya edildi

Tarix: 07-10-2023 11:52     Baxış: 4236 A- / A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdəki mina partlayışı ilə bağlı məlumat yayıb.

ANAMA-dan verilən məlumatda bildirilib ki, 6 oktyabrda Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

“Məlumata əsasən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib”.
ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır:
"Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:
· Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
· Yalnız gündəlik işlək yollardan istifadə edin!
· Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
· Naməlum əşyalara toxunmayın!
· Özünüzü, ailənizi, yaxınlarınızı düşünün".

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar