Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Polis Qəbələdə 6 kiloqram marixuana götürdü

Tarix: 04-10-2023 09:16     Baxış: 3259 A- / A+
Polis Qəbələdə 6 kiloqram marixuana götürdü
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşımaqda şübhəli bilinən Ağdaş rayon sakini Əfqan Həsənov saxlanılıb. Onun üzərində daşıdığı çantaya və bağlamalara baxış keçirilərkən ümumi çəkisi 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Ə.Həsənov saxlanılarkən narkotik vasitələri kolluq əraziyə atıb qaçmağa cəhd göstərsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində o, tutularaq istintaqa təhvil verilib. 
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ə.Həsənovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar