Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Salyanda məktəbdə şagirdi beşbarmaqla döydülər

Tarix: 29-09-2023 16:55     Baxış: 3216 A- / A+

Salyan rayonunda şagird məktəbdə döyülüb.
Belə ki, rayonun 2 saylı tam məktəbində təhsil alan iki şagird birlikdə digər sinif yoldaşını döyüb. Bildirilib ki, onlar uşağı dəmir beşbarmaqla döyüblər.
İddia edilib ki, hadisəni törədən şəxslərin valideynləri - iş adamı və bank işçisi olduqları üçün ailəyə polisə müraciət etməmək üçün təzyiq olunub.
Manevr.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Salyan Rayon Polis Şöbəsinə rayondakı məktəblərin birində şagirdin xəsarətlər alması ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə məlumat daxil olub:
“Daxil olan məlumatla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, məktəbli sinif yoldaşları ilə futbol oynayan zaman digər şagirdlə aralarında mübahisə yaranıb.
Material üzrə müvafiq ekspertiza təyin olunub və valideynlərinin iştirakı ilə məktəblilərin izahatları alınıb.
Ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Gülay Qanbayzadə açıqlamasında bildirib ki, artıq məsələ barədə məlumatlıdırlar:
“İdarə tərəfindən də məsələ barədə araşdırma aparılır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2008-ci il təvəllüdlü N.Tağızadə TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub:
“Ona burun nahiyəsinin küt travması, qapalı kəllə-beyin travması diaqnozu qoyulub, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabildir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar