Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Qərbi Azərbaycanda qətlə yetirilən şəxslərin yaxın qohumları dindirilib"

Tarix: 25-09-2023 12:12     Baxış: 4215 A- / A+


Müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. İşin böyüklüyü nəzərə alınmaqla 76 rayon prokurorluqlarına ayrı-ayrı istintaq hərəkətlərinin icra edilməsi məqsədilə müvafiq tapşırıqlar göndərilib və hal hazırda bu tapşırıqları icra edilməkdədir.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq vəsatət göndərilib.
"İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib. Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışdır. Eyni zamanda 15 nəfər şəxsin isə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən, erməni əsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilmiş həmin şəxslər və onların qohumları müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib.Qeyd olunmalıdır ki, bu dövr ərzində Bakı şəhəri və ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilib sorğular əsasında əməliyyat qurumlardan daxil olub, arxiv sənədlərinə baxış keçirilərək çap edilməklə cinayət işinə əlavə edilib", - deyə o, əlavə edib.
E.Camalov vurğulayıb ki, əsrin əvvəlində, o cümlədən 1905-1906, 1918-1920, daha sonra 1948-1953-cü illərdə baş vermiş deportasiya, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərinin toplanması zamanı çoxsaylı yerli tarixi arxiv sənədləri ilə yanaşı, xarici arxiv sənədlərinin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib.
"Hal hazırda bu istiqamətdə istintaqın aparılması davam etdirilir. Təbii ki, bu işin gedişatı və nəticəsi barədə ictimaiyyət Azərbaycan Respublikası Baş Prokurorluq tərəfindən məlumatlandırılacaq.
Eyni zamanda, yuxarıda sadaladığım tədbirlərdən başqa Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən, Ermənistan və onların havadarları tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətə və məhkəmələrə çatdırılması istiqamətində təkliflərin hazırlanması istiqamətində işlər aparılmaqdadır.
Əminəm ki, birgə apardığımız işlər tarixi ədalətin bərqərar olmasına səbəb olacaq. Xalqımıza qarşı, o cümlədən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək, mümkün olan şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunacaq. Bütün qaçqın və məcburi köçkünlər isə öz doğma torpaqlarına qayıdacaqlar", - deyə o, vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar