Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

Donanma qərargahına hücum - Rusiyalı generallar yaralandı

Tarix: 23-09-2023 09:05     Baxış: 3258 A- / A+



Ukraynanın işğal altındakı Sevastopol şəhərində Rusiyanın Qara dəniz donanmasının qərargahına hücum nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb.
Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov "Amerikanın Səsi"nin Ukrayna xidmətinə müsahibəsində bildirib.
Baş Kəşfiyyat İdarəsinin rəisi söyləyib ki, Sevastopola hücum sonucunda Zaporojye istiqamətində Rusiya qüvvələrinin qrupunun komandanı general-polkovnik Aleksandr Romançukun durumu çox ağırdır.
Həmçinin qərargah rəisi, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Sahil Qoşunlarının 200-cü motoatıcı briqadasının komandiri general-leytenant Oleq Sekov huşsuz vəziyyətdədir.
"Qərargahın əməkdaşı olmayan yaralı sıravi hərbçilərin sayı hələ də müəyyənləşdirilir. Bunlar hərbi qulluqçu, mühafizə və s.", - kəşfiyyat rəisi diqqətə çatdırıb.
Xatırladaq ki, sentyabrın 22-də işğal altındakı Sevastopol şəhərində Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbələri endirilib. Sosial şəbəkədə yayılan görüntülərə əsasən, qərargahın binası qismən dağılıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi hücumun arxasında ukraynalı hərbçilərin dayandığını təsdiqləyib. "Sky News"un məlumatına görə, Ukrayna sözügedən hücumda "Storm Shadow" raketlərindən istifadə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar