Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı

Tarix: 22-09-2023 10:22     Baxış: 3539 A- / A+




Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı sosial şəbəkədə onu təhqir edən şəxsi məhkəməyə verib.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Şıxlı Lənkəran Şəhər Məhkəməsində iddia qaldırıb.
Xüsusi ittihamçı iddia ərizəsində göstərib ki, əvvəldən tanımadığı Əlihüseyn Ağayev “TikTok”da onu təhqir edib, şərəf və ləyaqətinə xələl gətirən sözlər işlədib.
Məhkəmədə xüsusi ittihamçının vəkili Həbib Əliyev çıxış edib. Vəkil müvəkkilinin təhqir olunduğunu təsdiq edən kifayət qədər sübutlar olduğunu bildirərərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinin sanksiyası həddində cəzalandırılmasını istəyib.
Müdafiə tərəfi isə özünü təqsirli bilməyərək bəraət qərarı çıxarılmasını xahiş edib.
Hakim Murad Aslanov tərəflərin fikirlərini öyrəndikdən sonra qərarını açıqlayıb. Qərara əsasən, Əlihüseyn Ağayev verilmiş ittihamla təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, Elçin Şıxlı Xalq yazıçısı İsmayıl Şıxlının oğludur. O,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin ayna.az saytı və Ayna TV-nin təsisçisidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar