Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Səbr kasasını daşıran həmlə - Separatçılara niyə "dur" deyən yoxdur?

Tarix: 19-09-2023 13:12     Baxış: 4249 A- / A+



Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan etsə də, qarşı tərəf bu prosesə mane olmaq üçün əlindən gələni edir. Hərgün mövqelərimizin atəşə tutulmasını, terror aktları, dezinformasiyalar yayılması, baş verənlərin dünyaya fərqli şəkildə təqdim olunması və bu növdə başqa təxribat tipli hərəkətləri sadalamaq olar.
Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı qalıqları vəziyyəti gərginləşdirməyə davam edir. Bu gün gecə saatlarında baş verən terror aktı da gərginləşdirmə cəhdlərinin sübutudur. Dünən saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu hadisənin acısı soyumamış bir neçə saat sonra daha bir dəhşətli hadisə yaşanıb. Belə ki, Xocavənddə yeni tikilmiş tunelə yerləşdirilmiş minanın partlaması nəticəsində 4 polis əməkdaşı (Camalzadə Asim Knyaz oğlu, Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu və Zamanov Xəzər Azər oğlu ) həlak olub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə polis əməkdaşları terror hadisəsinin baş verdiyi yerə gedərkən pusquya düşüblər. Beləliklə, baş vermiş qəzada 3, terrorda 4 nəfər olmaqla, ümumilikdə bir gecədə 7 polis əməkdaşı həlak olub. Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Bu hadisə ermənilərin azərbaycanlılara qarşı ilk terroru deyil. Tarix boyu Azərbaycan erməni təxribatlarından əziyyət çəkib. Onların Azərbaycan xalqına yaşatdığı dəhşəti - Xocalı soyqrımını isə ümumiyyətlə unutmaq mümkün deyil.
Gecə baş verən terakt və bugünə qədər üzləşdiyimiz təxribatlar göstərir ki, Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Minanın yeni tikilən tunelə yerləşdirilməsi, mülki şəxslərin hədəf alınması isə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaq məqsədi daşıyır.
Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda separatçıların, cinayətkar rejimin, xuntanın mövcudluğu, Ermənistan SQ nin qalıqlarının olması gərginlik mənbəyidir. Regiona sülh və əminamanlığın yolu gətirmək, təhlükəsizliyi və digər məsələləri təmin etmək üçün bu problem aradan qaldırılmaqdan keçir.

Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır. Ötən gün Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib. Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb. "Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır", - məlumatda qeyd olunub. Belə bəyanatlar çoxluq təşkil etsə də, separatçılara dəstək verən ölkələr də az deyil. Elə bu kimi təxribatların törədilməsi də separatçılara "dur" deyənin olmamasından qaynaqlanır.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar