Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş – Şəkillər

Tarix: 16-09-2023 13:55     Baxış: 3211 A- / A+




Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
Manevr.az “Qafqazinfo”ya istinadən bildirir ki, “Lexus” markalı avtomobillə ağır qəza törədən 1986-cı il təvəllüdlü Elmar Allahverdiyev tanınmış şəxsdir. Belə ki, E.Allahverdiyev keçmiş hərbçidir və ali təhsilli kəşfiyyatçı olub. Aprel döyüşlərinda iştirak etmiş Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib və dəhşətli işgəncələrə məruz qalıb. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı Elmar Allahverdiyev spirtli içkinin təsiri altında olub. Onun avtomobili yüksək sürətlə idarə etməsi də müəyyənlşib.
Həmçinin o da məlum olub ki, qəzada vəfat edən 1994-cü il təvəllüdlü R.Allahverdiyeva Elmar Allahverdiyevin həyat yoldaşıdır. Hadisədə onun 2 övladı və digər qohumu da müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb.

Manevr.az
serxos-halda-agir-qeza-toreden-taninmis-sexs-imis


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar