Xəbər lenti
Azərbaycanda görünməmiş vəhşilik: öz bibisini ölümcül vəziyyətə saldı - FOTO

Masallıda gənc mal-qara üstündə öz doğma bibisini vəhşicəsinə döyüb. Hadisə rayonun Qızılağac kəndində baş verib.
37 yaşlı kənd sakini Rəna Dadaşova öz qardaşı oğlu Adil Dadaşov tərəfindən döyülüb. Hadisəyə səbəb isə Adilin öz fermasında bir müddətdir ki, saxladığı mal-qaranı geri qaytarmaq istəməməsi olub. Belə ki, zərərçəkən Rəna Dadaşovanın sözlərinə görə, o, evdə xəstə olan anası 80 yaşlı Əzizə Dadaşovaya baxdığı üçün həyətlərindəki heyvanları saxlaya bilmirmiş. Buna görə heyvanları qardaşı oğlu Adilin fermasına yerləşdiriblər. Lakin Adil bundan sui-istifadə edərək mal-qaranı mənimsəyib və geri qaytarmaqdan imtina edib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bibisini döyən Arif Dadaşov bir müddət əvvəl yenicə ailə qurduğu öz həyat yoldaşını da vəhşicəsinə döyərək ona müxtəlif bədən xəsarətləri də yetirib.istipress
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar