“İlqar dedi ki, əgər onun istəklərini etməsəm, qardaşımla atamı öldürəcək. Bundan qorxub, evinə getdim və mənə iyrənc seksual hərəkətlər etdi”.
Bu sözləri məhkəmə zalında 8-ci sinifdə oxuyan, hələ həyatın acısını-şirinini dadmayan yeniyetmə qız səsləndirib. Onu təcavüzdən zərərçəkən kimi dindirilər.
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən İlqarın (qapalı proses olduğu üçün adı tam təqdim etmirik) cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Azad Məcidov sədrlik edir.
Manevr.az lent.az-ın bu məhkəmə prosesi ilə bağlı əldə etdiyi bəzi məlumatları təqdim edir.
Sözügedən hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Zərərçəkmiş Z.A (ad şərtidir) 8-ci sinif şagirdidir. İlqar adlı şəxs onların qonşusudur və təxminən atası ilə yaşıddır.
İstintaq araşdırmalarından belə məlum olub ki, İlqar ötən ilin sentyabr ayının ortalarında məktəbdən qayıdan Z.A-nın qarşısını kəsib. Ona deyib ki, onun telefonunda qızın çılpaq fotoları var. Və bu fotoları ona göstərərək şantaj edib. Lakin bu fotoların kişinin əlinə hansı şəraitdə keçdiyi naməlum qalıb. Qızı qorxudub ki, əgər dediklərini etməsə, bu fotoları yayaraq onu rüsvay edəcək. Azyaşlı qız rüsvayçılıqdan qorxub, İlqarın dediklərini etməyə razılaşıb. Və kişi onu öz evinə aparıb. Evə gələn zaman İlqar qapını arxadan bağlayıb. Daha sonra, qıza yaxınlaşaraq yanağından öpüb və seksual hərəkətlər etməyə başlayıb. Qızı qorxudub ki, bu barədə heç kimə məlumat verməsin. Qız da qorxusundan susub.
Bu hadisədən bir müddət sonra, İlqar yenə məktəbin yaxınlığında qızın qarşısını kəsir. Bu dəfə onu başqa cür qorxudur. Onu atasını və qardaşlarını öldürməklə hədələyir. Azyaşlı qız bu hədədən də qorxuya düşür və yenidən onun evinə getməyə razı olub. Və bu dəfə də atası yaşında kişi ona qarşı seksual xarakterli hərəkətlər edir.
Qızın ilkin ifadəsinə görə, bu formada İlqar yeniyetmə qızı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayına qədər ümumilikdə 10 dəfə evinə aparıb və ona qarşı əxlaqsız hərəkətlər edib.
Təqsirləndirilən şəxs kimi dindirilən İlqar bu ittihamların heç birinin doğru olmadığını deyir.
O deyir ki, qızın atasını uşaqlıqdan tanıyır. Belə ki, İlqar deyir ki, bir köşkdə satıcılıq edir. Sözügedən qız və digər məktəb uşaqları hər gün gəlib həmin köşklə üzbəüz olan marketdən bulka, qoğal alıb gedirlərmiş. Təxminən 2 il öncə Z.A köşkün qarşısındakı meyvə-tərəvəz mağazasından çiyələk alıb. Qızın anası çiyələk əzik olduğu üçün geri qaytarıb və pulunu tələb edib. Amma meyvə-tərəvəzdə satıcı işləyən şəxs çiyələyi qaytarmaqdan imtina edib. Bu zaman qız anasının qorxusundan ağlamağa başlayıb. İlqar bunu görüb yazığı gəldiyi üçün cibindən 2 manat pul çıxarıb qıza verib ki, anası onu danlamasın. Qız isə bu pulu geri qaytaracağını deyib.
Bir neçə müddət sonra qız həmin köşkün qarşısından keçərkən nə isə axtarırmış. İlqar nə axtardığını soruşduqda isə, iki manatını itirdiyini deyib. İlqar ifadəsində bildirib ki, guya onun yenə ürəyi dözməyib azyaşlıya pul vermək istəyib. Üstündə vəsait olmadığı üçün Z.A-nı evinin qarşısına aparaq evdəki paltarının cibindən pulu götürüb ona verib.
Onun dediyinə görə, bir neçə gündən sonra qız İlqarla qarşılaşır və ondan yenə pul istəyir. Qızın atasının dediyinə görə Z.A həmin gün anasının çantasından da 50 manat pul oğurlayıb. Anası həmin pulu qızın məktəbli çantasında tapıb. Z.A anasına deyib ki, İlqar əmiyə borcluyam ona verəcəm. İqar isə deyir ki, bu hadisəni Ramilin şikayətindən sonra polis bölməsinə gəldiyi zaman öyrənib.
Ata İlqarın qızından məcbur pul tələb etməsi barədə bu ilin əvvəlində polisə şikayət edib. Lakin şikayət əsassız hesab edilib.
Ata təzədən polisə şikayət edərək, İlqarın qızına qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. İlqarın dediyinə görə, bu şikayət şər-böhtan xarakterlidir.
Təqsirləndirilən şəxs deyir ki, qızın ailəsinin onla ədavəti olub. Belə ki, İlqar qızın anasının işlədiyi şirniyyat sexinə qoğal almaq üçün gedib. Sexdə 4 qadın işləyir. İlqar başqa bir qadına “bacı, qoğalın içindəki ədviyyat azdır, bir az artırın. Adi çörəkdən fərqlənmir” deyib. Həmin qadın əvəzinə isə qızın anası ona qışqıraraq kobud cavab verib:
“Xoşun gəlir al, gəlmir alma”.
Qadının bu hərəkəti İlqarın qüruruna toxunduğu üçün sexin rəhbərliyinə şikayət edib. Nəticədə xanımı işdən çıxarıblar.
İlqar belə düşünür ki, qadını işdən çıxartdığı üçün ailə ondan bu formada intiqam alır.
Qeyd edək ki, bu işin ibtidai istintaq dövründəki araşdırmalara əsasən, İlqar təsirli hesab edilib və iş bu formada məhkəməyə göndərilib. Əlimizdə olan materiallarda qızın daha detallı ifadəsi var. Sadəcə etik olmadığına görə, onları təqdim edə bilmirik.
Bütün hallarda məhkəmə prosesinin gedişi kimin haqlı olduğunu göstərəcək. Nəticə barədə sizə əlavə məlumat verəcəyik. Bizi izləyin.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar