Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalist Mübariz Əhmədov vəfat etdi

Tarix: 14-09-2023 09:27     Baxış: 3362 A- / A+


Jurnalist Mübariz Əhmədov vəfat etdi

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Mübariz Əhmədov vəfat edib. 
Manevr.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
 
Ailə üzvləri 54 yaşlı jurnalistin infarkt səbəbilə vəfat etdiyini bildirib. Mərhum bu gün Saatlıda dəfn ediləcək.
 
Qeyd edək ki, Mübariz Əhmədov 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008-2012-ci illərdə Bakı Avrasiya Universitetində və nəhayət 2009-cu ildən indiyədək, əvvəlcə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasında baş müəllim vəzifəsində, sonra islahatlarla əlaqədar olaraq BSU-nun Azərbaycan filologiyası və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti, daha sonra yeni islahatlara əsasən BSU-nun Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti vəzifəsində çalışıb.
 
2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun Etika və estetika şöbəsinin dissertantı kimi "Jurnalist etikasının problemləri" mövzusunda dissertasiya işini müdafiə edərək, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 2018-ci ildə dosent elmi adı alıb.
 
M. Əhmədov 1999-cu il 18 mayda Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edib və Azərbaycan, əsasən Qarabağ həqiqətlərini təbliğ etməyə başlayıb. O, müntəzəm olaraq saytlarda Mübariz Azərbaycanlı imzası ilə müstəqil jurnalist kimi siyasi xarakterli analitik yazılarla çıxış edirdi.
 
Allah rəhmət etsin! 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar