Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlətlərarası gizlin pul köçürmələri ilə məşğul olan şəbəkə ifşa olunub

Tarix: 13-09-2023 09:32     Baxış: 4254 A- / A+
Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub.
Manevr.az-ın “Report”a istinadən məlumatına görə, həmin şəxslərdən biri Azərbaycan Respublikası vətəndaşı Pərviz İsmayılovdur.Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilən vəsatət əsasında İsmayılov Pərviz Rövşən oğlu barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (xüsusilə külli miqdarda xaricdən və xaricə qanunsuz pul köçürmələri) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
İttihama əsasən, Pərviz İsmayılov xarici ölkə vətəndaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə müxtəlif valyutalarda xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilir.
Milyonlarla dövriyyəsi olan qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə dövlət qeydiyyatından kənar Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında dövlət təhlükəsizliyinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.
Qeyd edək ki, kölgə iqtisadiyyatının imkanlarından istifadə edən casusların və terrorçu birləşmələrin maliyyələşdirilməsi, korrupsiya cinayətlərindən əldə edilən gəlirlərin xaricə çıxarılaraq leqallaşdırılmasına qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə 206-1-ci maddə əlavə edilib, istintaqının İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində aparılacağı müəyyən edilib.
Analoji fəaliyyətlə məşğul olan şəbəkələrə qarşı ciddi tədbirlər görüləcəyi gözlənilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar