Sizin Reklam Burada
Xəbər lenti
06-02-2025
05-02-2025
BÜTÜN XƏBƏRLƏR

At əti satan cinayətkar dəstə ifşa edildi

Tarix: 11-09-2023 10:11     Baxış: 4174 A- / A+



Cəlilabadda qanunsuz at əti kəsimi ilə məşğul olan şəxslər saxlanılıb.
Manevr.az bildirir ki,AQTA -nın Lənkəran - Astara regional bölməsinə, Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında agentlik, DİN - nin Cəlilabad Rayon Polis Şöbəsi ilə birgə sözügedən ünvana baxış keçiriblər. Fakt öz təsdiqini tapıb. Heyvandarlıq təsərrüfatında, təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Heyvan mənşəli məhsul müsadirə edilərək götürülüb. Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş olan fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan Samir Əliyev bildirib ki, kənd ərazisində Toybəyinin qardaşı Qüdrətlə rastlaşıb və kəsməyə 3 baş atın olduğunu deyib. Qarşılıqlı razılaşmadan sonra Samir atları fermaya gətirib və kəsiblər. Sonra S.Əliyev at ətini elə at əti adı ilə Bakı şəhərinə aparıb, əvvəlcədən sövdələşdiyi tanımadığı şəxsə satacaqdı.
Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təhvil verilib. Agentlik, rayon polis şöbəsi əməkdaşları ilə bu istiqamətdə tədbirlərini davam etdirirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar