Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Oğlan sosial şəbəkədə sevdiyi qıza şərh yazdı, görüşə gedəndə isə... - Sumqayıtda şok

Tarix: 10-09-2023 13:26     Baxış: 4154 A- / A+


Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Ramilə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, hadisə Sumqayıt şəhəri, H.Zeynalabidin qəsəbəsində baş verib.
İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü saat 12 radələrində əvvəllər işlədiyi H.Zeynalabdin qəsəbəsində yerləşən "Dost" Telecoma girib: "Əvvəlki iş yoldaşım satıcı Səlimənin rəfiqəsi Səidənin ağlamaq istədiyini gördüm. Səidə mənim dostum Bəhruzun bacısıdır, onları uşaqlıqdan tanıyıram. İçəri daxil olanda bir nəfər tanımadığım şəxsin də orada olduğunu gördüm. Mən gələndə həmin oğlan çıxdı. Qızdan nə baş verdiyini soruşdum. Səidə də həmin oğlanın onun adını "İnstagram" sosial şəbəkəsində etiraf səhifəsində paylaşdığını dedi. Telefon dükanından çıxdım və oğlanı çağırdım. Adını soruşdum, Ramil olduğunu dedi. Ona təklikdə söhbət etməyi təklif etdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, onunla birlikdə işlədiyi "playstation" klubun arxasına gediblər:
"Ramildən "İnstagram"da etiraf paylaşaraq Sədinənin adını yazıb-yazmadığını soruşdum. O da əvvəl boynuna almadı. Mən də əsəbləşərək sifətindən, dodağından iki dəfə əlimlə vurdum. Ramil əvvəl yazdığını, sonradan sildiyini etiraf etdi. Ondan sonra sakitləşdim, Ramilin dişlərində breket olduğu üçün dodağı qanadı. Ramili apardım, əl-üzünü yudu, üzr istədi və yanlış etdiyini dedi. Mən də onu yola saldım. Hətta öpüşüb görüşdük, onu vurduğum üçün üzr istədim, əsəbi olduğumu dedim".
İş üzrə zərərçəkmiş Ramilin sözlərinə görə, təxminən hadisədən 1 ay əvvəl Səidə adlı qızla tanış olub: "Səidə "Dost" telecomda işləyən sinif yoldaşımın rəfiqəsidir. Onu görərək bəyənmişəm. Hadisədən bir həftə əvvəl "İnstagram" sosial şəbəkəsində "nasosnu_etiraf" adlı səhifədə "Dost" Telecomda işləyən qızın rəfiqəsi olan Səidə adlı qızdan xoşum gəlir" kimi ifadə yazdım.
Bundan sonra həmin qız "İnstagram" hesabını mənə verdi və biz danışmağa başladıq. Söhbət etdikdən sonra məni işlədiyi yerə görüşə çağırdı. Bir az söhbət etdik. Söhbət zamanı obyektin işçisi kimi tanıdığım Valeh adlı şəxs içəri girdi. Mən mane olmayım deyə çölə çıxdım. Evə tərəf gedərkən Valeh məni çağırdı. Mən də ona yaxınlaşdım. Məni yeni açılmış "Playstation" klubun arxa tərəfinə apardı. Orada söhbət etməyə başladıq.
"İnstagram"da etirafı mənim yazıb yazmadığımı soruşdu. Mən də yazdığımı, sonra sildiyimi bildirdim. Bunu eşidən kimi məni yumruqla vurdu. Özümü qorumağa çalışdım. Yenidən Valeh məni dodağımdan, sifətimdən bir neçə dəfə yumruqla vurdu. Özümü pis hiss etdiyim üçün Valeh dayandı. Məni su içməyə, əl üzümü yumağa apardı. Heç nə olmamış kimi yola saldı. Hətta mənimlə görüşdü ki, belə söhbət olmayıb. Mən də evə getdim".
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Valehin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar