Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Yevlaxdakı güclü partlayışın səbəbi bu imiş - Rəsmi

Tarix: 10-09-2023 11:54     Baxış: 3314 A- / A+



Ötən gecə Yevlax səmasında güclü partlayış olub.
Manevr.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə çoxsaylı məlumat yayılıb. İstifadəçilər partlayışdan sonra Yevlax rayonunun böyük bir qismində elektrik enerjisi verilişinin dayandırıldığını, rayonun qaranlığa qərq olduğunu yazıblar. Bundan əlavə, bəzi istifadəçilər isə Yevlaxa raket atıldığı, Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin onu səmada vurduğunu iddia ediblər.

Səhər saatlarında verilən məlumatdan aydın olub ki, partlayış gecə saatlarında elektrik enerjisi naqillərini ildırım vurması nəticəsində baş verib.
Bununla bağlı yayılan rəsmi məlumata əsasən gecə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində Yevlaxı elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib.
Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında “Yevlax Elektrik Şəbəkə”-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar