Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxsin oğlu həbs edildi

Tarix: 08-09-2023 13:29     Baxış: 3194 A- / A+




Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə barəsində həbs qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır.
Manevr.az gununsesi.info-ya istinadən xəbər verir ki, Şamil Cəfərzadə Cinayət Məcəslləsinin 178.3.3-ci maddəsi (dələduzluq) ilə ittiham olunur. Onunla bağlı şikayət üzrə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb.
Zərəçəkmiş şəxs Mamedov Farxad Salam oğlu təqsirləndirilənin dayısıdr, o Rusiya vətəndaşıdır və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayır.
O, öz vəsaiti hesabına “Khazar Fish” MMC və “Onestyle” MMC təsis edib. Onun dəstəyi ilə Şamil Cəfərzadə hər iki hüququ şəxsin təsisçisi və direktoru olub. Şikayətçi bildirib ki, Ş. Cəfərzadə və atası Elçin İsmayılova 220 min ABŞ dolları verib.
Amma 2018-2019-cu illərdə Ş.Cəfərzadə həmin vəsait hesabına şirkət üçün alınan yük maşınlarını sataraq əldə olunan vəsaiti talayıb. O, Bakı şəhərində mənzillər və avtomobillər alıb.
Şikayətdə qeyd olunub ki, YAP sədri isə oğlu ilə şirkətə məxsus avtomobillərdə dəfələrlə xarici ölkələrdə olub.
Zərərçəkmiş Memedov Farxad Salam oğlu Rusiya Federasiyanın Tallin şəhərində yaşayır. Təqsirləndirilən şəxs Cəfərzadə Şamil Elçin oğlu zərərçəkmiş şəxsin bacısı oğludur. Şamil Cəfərzadənin adına “Khazar Fish” MMC və “Onestyle” MMC təsis olunmuş, hər iki hüquqi şəxsin təsisçisi və direktoru Şamil olmuşdur.
Gununsesi.info-nu bilgiləndirən mənbə onu da bildrib ki, Elçin İsmayılov oğluna haqsız olaraq həbs olunması ilə bağlı Baş prokurora məktub yazıb.
O, Kamran Əliyevdən Şamil Cəfərzadənin istintaqının Bakı Şəhər Baş Polis idarəsindən alınaraq Respublika Prokurorluğuna verilməsini xahiş edib.
Mənbə bildirib ki, YAP sədrinə qarşı Goranboyda başqa ittihamlar da var.
Onlardan biri də şəhid ailələri ilə məsələdir.
Mənbə bildirib ki, yaxın günlərdə E.İsmayılovun məsələsinə hakim partiyanın nəzarət təftiş orqanında baxılması gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar