Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

Selə görə İsmayıllı-Lahıc avtomobil yolu bağlandı

Tarix: 07-09-2023 14:37     Baxış: 3179 A- / A+




Bu gün səhər saatlarında İsmayıllı rayonuna və dağlıq ərazilərə leysan yağıb.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, dağlardan gələn sel suları nəticəsində rayon ərazisindən keçən Girdiman, Göyçay və Cülyan çaylarında su həddindən çox artırıb.
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanovun verdiyi məlumata görə, sel səbəbindən rayon ərazisində elektrik və rabitə dirəkləri, həmçinin naqillər qəzalı vəziyyətə düşüb. Bu səbəbdən şəhər mərkəzi də daxil olmaqla, bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Səhər saatlarından etibarən fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi briqadalar cəlb edilib. Artıq şəhər mərkəzində elektrik verilişi və rabitə əlaqəsi bərpa edilib, hazırda bu istiqamətdə kəndlərdə işlər davam edir.
Bundan əlavə, sel səbəbindən İsmayıllı-Lahıc avtomobil yolu bağlanıb. Dağlardan gələn lil qatı və qaya parçaları yolu keçilməz edib, həmçinin, bəzi yerlərdə asfalt qatı yuyulub.
Hazırda yolun təmizlənməsi, həmçinin bərpası istiqamətində yol idarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar