Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvada sərxoş kişi 5 uşaqlı müsəlman qadına hücum etdi... - Şəkil

Tarix: 06-09-2023 22:12     Baxış: 3186 A- / A+
Moskvada sərxoş kişi 5 uşaqlı müsəlman qadına hücum etdi...-FOTOLAR
Sentyabrın 5-i - çərşənbə axşamı günorta saatlarında Moskvanın cənub-şərqindəki Lyublino rayonunda sərxoş kişi çoxuşaqlı müsəlman qadına və ailəsinə hücum edib. 

Bu haqda mynamaz.ru nəşri məlumat yayıb.

Zərərçəkmiş qadının sözlərinə görə, anası və 3-10 yaşlarında 5 uşağı ilə birlikdə Lyublinskaya küçəsində, Dəmiryol kollecinin yaxınlığındakı avtobus dayanacağında durarkən yanlarında göy rəngli idman geyimində və çantası üzərində Georgiyev lenti olan kök, orta yaşlı bir kişi dayanıb. 
 
“Gözümün ucu ilə bu adamın mənə baxdığını gördüm. Bir neçə dəqiqədən sonra o yaxınlaşıb məni və anamı təhqir etməyə başladı. O, “Allahın səni xilas etməz” sözləri ilə baş örtüyünün çıxarılmasını tələb etdi və söyüş söydü. Dedi ki, mən doğranmalıyam”, - deyə zərərçəkmiş bildirib. 
 
 "Anam önümə keçərək məni təcavüzkardan qorumağa çalışdı və məndən normal davranmağımı istədi. Çünki yaxınlıqda ağlamağa başlayan uşaqlarım var idi. Buna təcavüzkar etiraz etdi: "Uşaqların arxasında gizlənməyə ehtiyac yoxdur", -deyən müsəlman qadın əlavə edib ki, yaxınlıqdakı gənclər, çox güman ki, kollec tələbələri müdaxilə edənə və təcavüzkarı sakitləşdirənə qədər digər hadisə şahidləri olayı laqeydcəsinə izləyiblər...moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar