Sizin Reklam Burada
Xəbər lenti
07-06-2026
06-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda silahlı şəxs polislərə müqavimət göstərdi

Tarix: 18-05-2017 13:40     Baxış: 5349 A- / A+
Bakıda silahlı şəxs polislərə müqavimət göstərdi


Səfirliyin yaxınlığında insident olub

Ötən gün Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyinin yaxınlığında insident olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 17-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki “Favorit” supermarketdən bir nəfərin çıxıb qaçdığını görüblər.

Onun arxasınca çıxan supermarketin işçiləri “oğrunu saxlayın” deyə kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs dayanaraq, cibindən bıçaq çıxarıb müqavimət göstərməyə çalışıb. Polislər dərhal həmin şəxsi silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.

Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar