Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tanınmış elm xadimi vəfat etdi – ŞƏKİL

Tarix: 04-09-2023 20:02     Baxış: 3159 A- / A+

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova dünyasını dəyişib.
Manevr.az Report-a istinadən xəbər verir ki, tanınmış elm xadimi 88 yaşında vəfat edib.

Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində almış, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.
F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə etmiş və universiteti yüksək qiymətlərlə qurtarmışdır. Ona Moskvada qalıb işləmək təklif edilsə də vətənə qayıdıb, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlamışdır. İki il sonra o, SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olmuş və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akad. Q.İ.Lomidzenin rəhbərliyi altında “Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.Vəlixanova 1977-ci ildə uzun və gərgin bir əməyin nəticəsində hasilə gələn “Azərbaycan sovet poeziyası rus dilində” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edir.
1982-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində “Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi” şöbəsi yaradıldı və F.Vəlixanova şöbənin müdiri təyin edildi.
Fəridə Vəlixanovanın elmi-tədqiqatçılıq fəaliyyəti çoxcəhətlidir. O, Moskvada və Bakıda çıxmış “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (M., Nauka, 1963), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (B., “Elm”, 1968), yeddicildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi” (M., Nauka, 1970), altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak etmişdir.
Görkəmli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü, doktorluq və namizədlik dissertasiyaları üzrə Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının (1967-1982) ictimai əsaslarla elmi katibi, Əlaqələndirmə Şurasının üzvü, Respublika Prezidenti yanında AAK Ekspertlər Şurasının (1993-2013) üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olmuşdur.
F.Vəlixanovanın Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, dəfələrlə Fəxri fərmanlarla mükafatlandırılmış, Əməkdar elm xadimi adına, Prezident təqaüdünə layiq görülmüşdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar