Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Astarada sənədsiz ov tüfəngləri aşkarlandı

Tarix: 03-09-2023 17:13     Baxış: 3225 A- / A+


Astarada sənədsiz ov tüfəngləri aşkarlandı


Astarada qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilib. Həmin faktlarla bağlı qanunamüvafiq tədbirlər görülməklə silahlar aidiyəti üzrə təhvil verilib.
 
Bundan əlavə, şöbə əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin rayon ərazisindəki sahil zonasından qanunsuz qum daşınması ilə bağlı 2 fakt aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsilə inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar