Xəbər lenti
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktorunun ölüm səbəbi bilindi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qusar Rayon Mərkəzi Xəstəxanasının direktorunun ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürəktutmasından vəfat edib.
O, 31.08.2023-cü il tarixində saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.
Qeyd edək ki, Kamran Rafiq oğlu Paşayev 27.05.1970-ci il tarixində Quba şəhərində anadan olub. 1976-cı ildən 1987-ci ilədək Qubada 3 saylı orta məktəbdə təhsil alıb.
1988-1994-cü illərdə Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1994-1999-cu illərdə Rusiyada həkim-cərrah kimi fəaliyyət göstərib.
1999-cu ildə Azərbaycana qayıdıb və 2010-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib. 2010-cu ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb.
2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar