Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

İntihar edən hakimin icraatında 84 cinayət işi olub

Tarix: 30-08-2023 16:53     Baxış: 4244 A- / A+

Bir neçə gün əvvəl intihar edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatında 84 cinayət işi olub.

Manevr.az xəbər verir ki, o, sonuncu işlərini avqustun 31-nə təyin edib. Həmin gün intihar edən hakim 9 cinayət işi araşdırmalı olacaqmış. Həmin cinayətlərdən biri bıçaqlanma hadisəsi ilə bağlı olan iş olub. Digər 8 cinayət işi isə narkotiklərlə bağlı olub.Rahib Salmanov intihar etməmişdən əvvəl sentyabrın 4-nə 15, sentyabrın 7-nə 10, sentyabrın 11-nə 17, sentyabrın 14-nə 7, sentyabrın 18-nə 8, sentyabrın 21-nə 8, sentyabrın 25-nə 2, sentyabrın 28-nə 3, noyabrın 2-nə 6, noyabrın 5-nə isə 1 cinayət işi üzrə məhkəmə iclası təyin edib.
Qeyd edək ki, intihar edən hakimin araşdırdığı cinayətlərdən 2 icraatda rüşvət verməyə təhrik etmə, 4 icraatda dələduzluq, 2 icraatda mənimsəmə, 1 icraatda qətl, 5 icraatda isə qəsdən sağlamlığa xəsarət yetirmə ilə bağlı cinayət işləri olub.
Digər cinayət işləri isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Qanunverciliyə görə, bu cinayət işləri digər hakimlərin  icraatına verilməsi üçün qərar qəbul olunacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Rahib Salmanov avqustun 28-də  müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyub.
Hazırda bu iş üzrə Nərmanov rayon Prokurorluğunda araşdırma aparılır.demokrat.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar