Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bilinən və görünməyən həyatı ilə - Priqojin necə yadda qaldı? - ŞƏKİL

Tarix: 24-08-2023 09:51     Baxış: 4142 A- / A+



Xəbər verdiyimiz kimi, ötən gün "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi var. 
Manevr.az "qafqazinfo"ya istinadən Priqojin barədə xarici mətbuata istinadən əldə etdiyi məlumatları təqdim edir:
O, 1961-cı ildə Sankt-Peterburqda (Leninqrad) doğulub. Atasını erkən yaşlarında itirən Piqojinin anası həkim, ögey atası isə xizək tədqiqatçısı olub. O, ögey oğluna xizək sürməyi ən yaxşı formada öyrətsə də, balaca Priqojin 4 ildən sonra bu idman növündən tamamən uzaqlaşır.
1979-cu ildə Priqojin oğurluğa görə iki il cəza alsa da, 1981-ci ildə xuliqanlıq maddəsi ilə 12 il müddətinə yenidən azadlıqdan məhrum edilir. Gələcəyin məşhur iş adamı ilk sahibkarlıq fəaliyyətinə məhz həbsxanada olarkən başlayır. O, suvenirlər hazırlaya bilən məhbusla birlikdə şirkət qurur. Bununla da "içəri"də hörmətli insanlardan biri olmağı bacarır. Priqojin vaxtından əvvəl, 1990-cı ildə azad edilir.
Həmin illərdə Leninqrad Kimya və Əczaçılıq İnstitutunun əczaçı ixtisasına daxil olur. Lakin o, müxtəlif janrda çoxlu kitablar oxusa da, təhsilini başa vura bilmir.
Priqojin həmin vaxtlar nə işlə məşğul idi?
Ögey atası hot-doq hazırlanan bir neçə dükanın sahibi idi, Priqojin də həmin yerlərə nəzarət edirdi. Onun sinif yoldaşı 1993-cü ildə Priqojini supermarketlər şəbəkəsinin meneceri işləməyə çağırır və ona bu işdə 15% verir. Sonra ard-arda bir neçə restoranın sahibi olmağa başlayan iş adamının əsl uğuru "New Island" adlı suda  restoran açması olur. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin orada Fransanın rəhbəri Jak Şirakla, bir ildən sonra Prezident Corc Buşla nahar edib. Hətta 2003-cü ildə Putin doğum gününü orada qeyd edib.
Sonradan "Konkord" şirkətlər qrupunun rəhbəri və sahibi olan Piqojin sahibkarlıq işində heç vaxt uduzmur, əksinə Kremldəki qəbullara və ya prezidentin rəsmi mərasimlərində xidmət etməyə başlayır.
Priqojin və "Vaqner"
Bir vaxtlar PMC ilə əlaqələrini qəti şəkildə təkzib etsə də, 2022-ci ilin payızında bunun onun layihəsi olduğunu etiraf edir və keçmişdə bu faktın inkar edilməsini konspirativ zərurət adlandırır. Priqojin hətta 2014-cü ildə şəxsən Donbasa getdiyini və rusları qoruyacaq bir qrup toplamaq üçün pul xərcləməyə çalışdığını açıqlayır: "Amma tez başa düşdüm ki, hər şeyi özümün qurması daha faydalıdır".
Priqojin üsyanı
İyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın "məsələni aydınlaşdırmağa" hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun "Vaqner" qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Priqojin mütəmadi olaraq videolar çəksə də, uzun müddət bu ritualını icra etmirdi. Onun qiyamdan sonrakı ilk görüntüləri 3 gün öncə çəkilmişdi.
Evli olan Priqojinin iki övladı var - Polina və Pavel. O, 2003-cü ildə övladları ilə birlikdə "İndraquzik" nağıl kitabını yazaraq 1000 tirajla nəşr etdirib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar