Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Moskvada qarət etmək istədiyi aptekdən çıxa bilməyən oğru qanaxmadan can verdi

Tarix: 24-08-2023 07:58     Baxış: 3194 A- / A+
Rusiyanın Kostroma şəhərinin sakini Moskvada apteki qarət etmək istəyərkən həyatını itirib.

O, təsadüfən vitrində ayağını yaralayıb və elə oradaca qanaxmadan ölüb.

Məlumata görə, əvvəllər oğurluğa görə məhkum olunmuş 27 yaşlı Dmitri “Qorzdrav” aptekinə divarı aşaraq daxil olub.

O, içində cəmi 719 rubl olan pul qutusunu özü ilə götürüb və eyni üsulla cinayət yerindən çıxmağa çalışıb. Amma buna nail ola bilməyib. Oğru şüşə vitrinin üzərinə çıxıb və bu zaman vitrin sınıb. Dmitri yıxılıb və budunu yaralayıb, yaradan qan fışqırmağa başlayıb. O, bir müddət çölə çıxmağa çalışsa da, cəhdləri nəticəsiz qalıb.

Qan aparan soyğunçunu aptekdə polis əməkdaşları tapıb və təcili yardım həkimlərinə təhvil veriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb, güclü qanaxmadan ölüb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar