Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada azərbaycanlılar da raket hücumuna məruz qaldı

Tarix: 20-08-2023 19:24     Baxış: 3303 A- / A+


Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə endirdiyi növbəti raket zərbələri nəticəsində azərbaycanlılar da zərər görüb.
Manevr.az xəbər verir ki, bu barədə Report-a Şərqi Avropa bürosuna Çerniqov vilayəti Azərbaycanlılar Konqresinin sədri İskəndər Vəliyev bildirib.
"Belə ki, mərkəzə yaxın yaşayan həmyerlilərimizin evləri raket zərbələrindən ciddi dağıntılara məruz qalıb. Xoşbəxtlikdən həmin vaxt evdə və ərazidə sakinlərdən heç kim olmadığı üçün azərbaycanlılardan ölən və yaralananlar yoxdur. Ümumilikdə 140 nəfər yaralanıb, 7 nəfər ölüb. Son vaxtlar ümumiyyətlə vilayətimizə sərhəd Rusiya və Belarus tərəfindən təhdidlər yenidən artıb", - İ.Vəliyev deyib.
Qeyd edək ki, hazırda Çerniqov da daxil olmaqla Ukraynanın Belarus ilə sərhəd bütün vilayətlərində hava həyəcan siqnalları davam edir.
Xatırladaq ki, şəhərin mərkəzinə endirilən ağır tipli raketlər ötən ilin aprelin əvvəlində Çerniqov vilayətinin işğalda olan ərazilərinin azad edilməsindən sonra yaranan sakitliyin ardınca sükutun pozulmasıdır. Raket zərbələri ciddi dağıntılara səbəb olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar