Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Üzərinə qaynar su tökülən altı yaşlı Ayxanın anası: "Bütün yayı qış ayaqqabıları ilə keçirdi"

Tarix: 17-08-2023 21:49     Baxış: 3196 A- / A+
Üzərinə qaynar su tökülən altı yaşlı Ayxanın anası: "Bütün yayı qış ayaqqabıları ilə keçirdi" - FOTO/VİDEO2017-ci il təvəllüdlü Ayxan Elnur oğlu Məmmədov ötən ilin dekabr ayında ağır yanıq xəsarətləri alıb.

Bu barədə  anası Lalə Məmmədova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:

"Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Biz xəstəxanadan evə qayıtdıqdan sonra imkanımız olmadığı üçün Ayxanın müalicəsini davam etdirə bilmədik.

Yoldaşım zibillərin toplanması ilə məşğul olurdu və 350 manat pul alırdı. Vərəm xəstəliyinə tutulduğu üçün işdən ayrıldı. İndi heç bir gəlir yerimiz yoxdur. Ayxanın qollarında yaralar açılıb. Göynəmə verdikcə uşağım əziyyət çəkir, bütün günü ağlayır. Yanan yerləri qaşınır. Həkim oğluma lazım olan dərmanları və mazları almaq, yanan yerlərin masajı üçün 900 manat pul lazım olduğunu bildirir. Yardımsevər şəxslərdən bizə kömək etmələrini xahiş edirəm. Bircə balamın canına and olsun ki, yeməyə belə pul tapmırıq, uşaq aclıqdan ağlayır". oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar