Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

BDU-nun keçmiş baş müəllimi həbs olundu

Tarix: 09-08-2023 15:36     Baxış: 3222 A- / A+

vk sharing button
Bakı Dövlət Universitetinin keçmiş baş müəllimi Həcər Mikayılova həbs olunub.
Manevr.az-ın xəbərinə görə, o, üç nəfərin 344 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
İşin mahiyyəti ondan ibarətdir ki, zərərçəkmişlər-Anar İsmayılov və Qüdrət Həsənov Belarusdan Azərbaycana toyuq məhsulları idxal edən şirkət rəhbərləridirlər.
Təqsirləndirilən şəxs onlara özünü oğlunun direktoru olduğu “MİN 300” MMC-nin faktiki sahibi kimi təqdim edərək Azərbaycana idxal etdikləri ümumilikdə 80 ton toyuq məhsulunu əvvəldən tanıdığı saxlanca yerləşdirilməsinə nail olub. H.Mikayılova bir müddət sonra məhsulu saxlancdan çıxararaq satışını təşkil edib, əldə olunan 332 min manatı ələ keçirib.
Eks-pedeqoq zərərçəkmiş- Məzahir Dostuyevə isə torpaq çıxarışı almasına kömək edəcəyi ilə bağlı yalan vəd verərək ondan 12 min manat pul alıb.
Sözügedən əməllərə görə, Həcər Mikayılovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar