Xəbər lenti
BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Zeynəddin Hacıyev vəfat edib.Bu barədə BDU-dan məlumat verilib.
Zeynəddin Hacıyev 1941-ci ildə Balakən rayonunda anadan olub. 1960-1965-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə BDU-nun əyani aspirantı olub.
1969-1981-ci illərdə BDU-da müəllim, baş müəllim, dosent, 1982-1987-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışıb. 1988-2002-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının nəzdindəki Sosioloji tədqiqatlar elmi tədqiqat labaratoriyasında böyük elmi işçi, 2002-ci ildən indiyədək BDU-nun Fəlsəfə kafedrasında professor vəzifəsində işləyib.
Fəlsəfə elmləri üzrə 4 dərsliyin, 1 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifi olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































