Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“AzParking” əməkdaşlarına hücum edildi

Tarix: 07-08-2023 20:46     Baxış: 3212 A- / A+



Bu gündən etibarən Bakı şəhəri üzrə parklanma qaydalarında yeniliklər tətbiq olunub. Belə ki, artıq vətəndaşlar "AzParking" mobil tətbiqindən istifadə etməklə parklama üçün onlayn şəkildə ödənişlər edəcəklər. Lakin elə ilk gündən problemlər ortaya çıxıb.
Manevr.az xəbər verir ki, ekspert Elməddin Muradlı sosial şəbəkə hesabında bu barədə məlumat verib.
Ekspert bildirib ki, illərdir qanunsuz olaraq parklanma üçün ödənişlər alan “mafiya” bu gün bir neçə yerdə “AzParking” əməkdaşlarına hücum edib və onları döyüblər. Belə ki, əlillər və qazilərin adından istifadə edən bu şəxslər əməlli-başlı quldurluq edir:
“Hesablamalara görə, aylıq ən azı 1 milyon manatdan çox gəlir əldə edən bu şəxslər yeni sistemə qarşı çıxaraq qanunsuz yollarla qazandıqları pulları itirmək istəmir. Ən maraqlısı isə bu işdə əlillər və qazilərin adından sui-istifadə hallarıdır. Polis bu şəxslərə qarşı mübarizə aparanda belə əlavə problemlər çıxır. Xüsusi Vatsap qrupu vasitəsilə əlil və qazilərə döyüş yoldaşlarının problemi olduğunu və yığışmaq “əmri” verilir. Heç nədən xəbəri olmayan qazilər isə bu işdə alət olduqlarının fərqinə varmırlar”.
Ekspert qeyd edib ki, bu şəxslərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməlidir. Çünki hər ay dövlət büdcəsindən kənar pullar şəxsi ciblərə gedir:
“Yeni sistem isə şəffaflığı təmin etmək üçün yaradılıb. Odur ki, vətəndaşlar nağd olaraq kimlərəsə pul verməməli və bu şəxslərə qarşı mübarizədə aktiv iştirak etməlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar