Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlı iş adamını güllələyən şəxs saxlanıldı

Tarix: 06-08-2023 10:45     Baxış: 3214 A- / A+



Gürcüstanın Baş Prokurorluğu paytaxt Tbilisi ərazisində fəaliyyət göstərən “Lilo Mall”da etnik azərbaycanlı iş adamına silahlı hücum edən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, həmçinin odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutan maddələri ilə ittiham irəli sürüb.
Manevr.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müttəhimin avqustun 3-də, “Lilo Mall” MMC-də odlu silahdan bir neçə əl atəş açaraq qurbanını yaraladığı müəyyən edilib. Əlavə olunub ki, yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.
Nəzərə çatdırılıb ki, hüquq mühafizə orqanlarının əməkdaşları müttəhimi hadisə baş verən gün saxlayıblar. Ona qarşı irəli sürülən ittihamlar üzrə 10 ildən 15 ilədək həbs cəzasının nəzərdə tutulduğu qeyd olunub.
Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
Xatırladaq ki, avqustun 3-də baş vermiş silahlı hücum zamanı etnik azərbaycanlı iş adamı Roman İsayev başından güllə yarası alıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar