Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt məktəbində 100 minlik mənimsəmə: cinayət işi açıldı

Tarix: 02-08-2023 16:32     Baxış: 3339 A- / A+



Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Sumqayıt şəhər prokurorluğundan  verilən xəbərə görə, araşdırma zamanı təhsil müəssisəsində 2019-2022-ci illərdə ölkə hüdudlarından kənarda olduqları vaxtda müəllimlərin dərs saatları tədris etməsi və faktiki tədris edilməyən dərnək məşğələlərin keçirilməsinə dair rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, müvafiq laboratoriyalar mövcud olmadığı halda laborant vəzifəsinə ayrı-ayrı şəxslərin işə götürüb əmək haqqı verilməsi yol ilə dövlət büdcəsindən ayrılmış 27 min 860 manat vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalarla, həmçinin, Sumqayıt şəhər Təhsil Şöbəsi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, onun bazasında yaradılmış Abşeron-Xızı Regional Təhsil İdarəsinin ayrı-ayrı vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində dövlət tərəfindən məktəbə verilən 103 min 130 manat dəyərində inventar avadanlıq və mal-materialların məktəbin vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar