Sizin Reklam Burada
Xəbər lenti
09-11-2026
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

Müdafiə nazirinin evi yandı - Özü və ailəsi son anda xilas oldu

Tarix: 14-05-2017 17:47     Baxış: 5476 A- / A+
Müdafiə nazirinin evi yandı

Ötən gecə Tallinin Nımme rayonunda Estoniya müdafiə naziri Marqus Tsaxknanın evində yanğın olub.

APA-nın məlumatına görə, bu barədə "Postimees" qəzeti məlumat yayıb.

İlk olaraq isə müdafiə nazirinin qonşusu evin hava istilik nasosunda və divarın üzlüyündə yanğını görüb, dərhal M. Tsaxkna və ailə üzvlərini yuxudan oyadıb, yanğınsöndürənlərə zəng açıb. Yanğınsöndürənlərə evdə yanğın olması barədə məlumat yerli vaxtla saat 4.45 radələrində daxil olub. Xilasedicilər hadisə yerinə çatan zaman evin damına keçmiş yanğını söndürmək üçün dam sökülüb. Yanğın zamanı müdafiə naziri və ailə üzvləri xəsarət almayıb.

M. Tsaxkna "Facebook" sosial şəbəkəsindəki səhifəsində yanğın barədə onları dərhal məlumatlandıran qonşusuna və yanğınsöndürənlərə minnətdarlığını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar