Xəbər lenti
Separatçı ilə sülhməramlının dialoqu qəzəb doğurdu - VİDEO

Xankəndidə erməni separatçıların keçirdiyi aksiya çərçivəsində Xocalıdakı rus sülhməramlı kontingentinin müvəqqəti qərargahına yürüş etməsinin ardınca yayılan görüntü sosial şəbəkələrin Azərbaycan seqmentində qəzəblə qarşılanıb.
Manevr.az xəbər verir ki, separatçılardan biri Azərbaycan və azərbaycanlıları təhqir edir, Rusiya sülhməramlısı isə özünü ərazinin “sahibi” kimi aparır və Azərbaycan torpağında yerləşdirildiyinin fərqinə varmır.
Separatçı Qarabağdakı ermənilərin hər birinin evində avtomat olduğunu, onların Azərbaycan Ordusuna qarşı döyüşə biləcəklərini, azyaşlı övladının əlinə belə silah verə biləcəyini də qeyd edir. Guya onlar ona görə döyüşmürlər ki, rus sülhməramlıların “öz vəzifələrini yerinə yetirməsini” gözləyirlər.
İkinci Qarabağ müharibəsində Ermənistan ordusu ilə birgə, Qarabağdakı separatçıların da cəmi 44 gün ərzində tamamilə darmadağın olduğunu xatırladan sosial şəbəkə istifadəçiləri isə separatçının bu iddiasını gülünc adlandırıblar. Eyni zamanda, Qarabağın ermənilər yaşayan hissəsində hər evdə avtomat silahlar olması faktının etirafına diqqət çəkən istifadəçilər elə bu faktın antiterror əməliyyatına əsas verdiyini bildirirlər.
Manevr.az
Separatçı ilə sülhməramlının dialoqu qəzəb doğurdu - VİDEO
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar