Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

BQXK ola​yı: Britaniyalı politoloq Azərbaycanı müdafiə etdi - ÖZƏL

Tarix: 13-07-2023 14:40     Baxış: 3157 A- / A+


BQXK olayı: Britaniyalı politoloq Azərbaycanı müdafiə etdi - ÖZƏL

Bir neçə gün öncə Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bildirilib ki, DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.
 
BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.
 
Dövlət Sərhəd Xidməti qaçaqmalçılıq faktları ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın sərhəd buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırıb.
 
Hadisə beynəlxalq ictimaiyyət tərəfindən də birmənalı qarşılanmayıb və BQXK-nin qanunsuz əməlləri qınanılıb.
 

 
Məlum hadisə barədə Modern.az-a danışan britaniyalı məşhur politoloq Neil Watson bildirib ki, bu kimi hallar BQXK-nın nüfuzuna xələl gətirir:
 
“Fakt budur ki, BQXK-nın avtomobillərində hər hansı qanunsuz əşyanın qaçaqmalçılığı atəşkəs sazişinin və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. İstər BQXK-nın, istərsə də hər hansı digər təşkilatın himayəsi altında istənilən nəqliyyat vasitəsinin “humanitar” məqsədlər üçün istifadə edilməsinə şübhələr yaradır. Bu cür qaçaqmalçılıq BQXK-nın adına və reputasiyasına xələl gətirir, bir daha beynəlxalq ictimaiyyətdə Ermənistan hökumətinin və xalqının həqiqətən sülhə can atıb-atmadığına şübhə yaradır".
 
"Sülh danışıqları hazırda həlledici mərhələdədir, lakin görünür ki, ermənilər mənasız qaçaqmalçılıqla bunu təhlükəyə atmağa hazırdırlar. Azərbaycanın Laçın sərhəd məntəqəsindən keçidi dayandırması hüquqa tamamilə uyğundur. Ümid edirik ki, bundan sonra Ermənistan bu cür hərəkətlərdən qazancdan çox itirəcəyini anlayacaq və belə qaçaqmalçılıq təkrarlanmayacaq”, - deyə beynəlxalq ekspert vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar