Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dustaq məhkəmə zalından qaçdı

Tarix: 13-05-2017 13:51     Baxış: 4391 A- / A+
Azərbaycanda dustaq məhkəmə zalından qaçdı
Hadisə Şəmkir rayonunda baş verib.

Şəmkir Rayon Məhkəməsində mühakimə olunan Eşqin Murtuzov məhkəmə zalının pəncərəsindən çıxaraq qaçıb. Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən E.Murtuzovun tutulması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Onun bıçaqladığı Namiq Babayev isə 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.

Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.Report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar