Xəbər lenti
Salyanda ağır qəza - Bir ailənin 5 üzvü...

Manevr.az report-a istinadən xəbər verir ki, hadisə rayonun “Stansiya” yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Rauf İbrahim oğlu Quliyev, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Minurə Mehman qızı Quliyeva, onların övladları, 2014-cü il təvəllüdlü Mələk Quliyeva, 2017-ci il təvəllüdlü Z.Q. və 2018-ci il təvəllüdlü R.Q. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar