Xəbər lenti
Ağdaşda 5 yaşlı əlil uşaq şkafda yanaraq öldü

Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mühafizə olunan “Qarabəy” karvansarayının yaşayış üçün nəzərdə tutulan ikinci mərtəbəsində Fərrux Qurbanova məxsus, ümumi sahəsi 29 kv.m olan mənzildə yanğın baş verib.
Bir otaq və bir mətbəxdən ibarət ev içindəki əşyalarla birgə yanıb. Hadisə zamanı ev sahibinin 5 yaşlı qızı tüstüdən boğularaq ölüb.
Gözdən əlil olduğuna görə yanğın zamanı evdən çıxa bilməyən Şəfiqə Qurbanova qorxusundan şkafa girərək gizlənib.
Hadisə zamanı mənzilə daxil olan yanğınsöndürənlər uşağı xilas etmək üçün onu xeyli axtarsalar da, tapa bilməyiblər. Sonradan şkafın içərisindən uşağın meyiti tapılıb.
Hadisənin səbəbləri araşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar