Xəbər lenti
6 yaşlı uşaq Xəzərdə itkin düşdü

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Qızılqum" çimərliyində 6 yaşlı azyaşlının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ərazidə xidmət aparan xilasedicilərinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər.
Təəssüflə qeyd olunmalıdır ki, uşaqların xüsusilə çimərliklərdə böyüklər tərəfindən nəzarətsiz qoyulması hallarına tez-tez rast gəlinir. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilən halların yaranmasına gətirib çıxarır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladır.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar