Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yüksəkvəzifəli şəxs hoteldə öldü - ŞƏKİL

Tarix: 27-06-2023 12:12     Baxış: 4224 A- / A+
Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

Oğuz şəhərində yerləşən "Səma” hotelində qonaq olan 1966-cı il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu orada vəfat edib.

Belə ki, S.Quliyev dünən Oğuzda dostunun qızının toyunda iştirak edib və daha sonra gecələmək üçün hotelə gedib. Bir qədər sonra o, özünü pis hiss etdiyindən Təcili Tibbi Yardıma müraciət edilib. Tibbi yardım göstərildikdən sonra Sübhan Quliyev otağında yuxuya gedib. Bu gün səhər isə onun dünyasını dəyişdiyi məlum olub.

Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib."qafqazinfo"

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar