Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 26 il əvvəl törədilmiş qətlin üstü açıldı

Tarix: 24-06-2023 18:07     Baxış: 3144 A- / A+



Bakıda 26 il əvvəl törədilmiş qətlin üstü açılıb.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Belə ki, ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir.
Bu istiqamətdə Bakı şəhəri Nizami Rayon Prokurorluğu və rayon polis idarəsi tərəfindən 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktına dair başlanmış cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində 26 il əvvəl törədilmiş qətlin üstü açılaraq, cinayətin əvvəllər qəsdən adam öldürmə və sair əməllərə görə məhkum olunmuş Kərim Kərimli tərəfindən mübahisə zəminində xüsusi amansızlıqla törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Kərim Kərimli Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Ötən illərdən bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin icrası davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar