Xəbər lenti
Qadın sərnişinə qarşı qeyri-etik hərəkətlər edən daha bir taksi sürücüsü həbs edilib
Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.DİN-in mətbuat xidmətindən bildirilib ki, daha bir neqativ halla bağlı daxil olan müraciət üzrə "Hunday-Accent" markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib.
Onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs edilib.
İstintaq hərəkətləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































