Sizin Reklam Burada
Xəbər lenti
08-02-2025
07-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda partlayış baş verdi - Beş nəfər... ( VİDEO)

Tarix: 18-06-2023 20:54     Baxış: 4168 A- / A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaşa məxsus qarajda yanğınla nəticələnən partlayışın baş verməsi barədə məlumat daxil olub.
Manevr.az bildirir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğluna məxsus ümumi sahəsi 30 m² olan qarajda yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğlu, 1986-cı il təvəllüdlü Şükürov Bünyamin Şükür oğlu, 2004-cü il təvəllüdlü Əzizov Nicat İlqar oğlu, 2013-cü il təvəllüdlü Şükürov Sərdar Bünyamin oğlu və 2015-ci il təvəllüdlü Vəliyev Mövlud Kamal oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yanğınsöndürənlər tərəfindən, həmçinin hadisə yerində digər zəruri təhlükəsizlik tədbirləri görülüb.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar