Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ana doğuşdan sonra öldü

Tarix: 16-06-2023 16:53     Baxış: 3241 A- / A+
Tovuzda qadın doğuşdan sonra ölüb.

Manevr.az
-ın məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Aygün Nəcəfova Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lazımı tibbi proseslərdən sonra qeysəriyyə üsulu ilə əməliyyata götürülüb.
Mama-ginekoloq Xatirə Quliyevanın iştirak etdiyi əməliyyat prosesi uğurlu həyata keçirilib və 2800 qram çəkidə cinsi kişi olan körpə dünyaya gəlib. Həkim daha sonra xəstənin yaxınlarına körpə və ananın vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Bir neçə saatdan sonra ananın dünyasını dəyişməsi barədə ailəyə məlumat verilib.
TƏBİB-dən bildirilib ki, 14.06.2023-cü il tarixində saat 22:00 radələrində qeysəriyyə kəsiyi əməliyyatı fəsadsız baş tutub. 15.06.2023-cü il tarixində pasiyentin təkrar analiz nəticələrində dəyişikliklər aşkar olunub və ona HELLP sindromu diaqnozu qoyulub. Aparılan adekvat tədbirlərə baxmayaraq, zahı qadında ağciyər, ürək çatışmazlığı baş verib və 19:28 radələrində bioloji ölüm qeydə alınıb. Aygün Nəcəfovanın dünyaya gətirdiyi körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.apa

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar