Xəbər lenti
Siçovul 37 yaşlı kişinin ayağını dişlədi - ŞƏKİDƏ

Şəkidə 37 yaşlı kişinin ayağını siçovul dişləyib.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, mayın 10-u saat 23:30 radələrində Şəki şəhəri Fərman Sadıqov küçəsi ev 8 ünvanında yaşayan, 1980-cı il təvəllüdlü Qoşqar Namizəd oğlu Ağaməmmədov sağ ayaq pəncəsinin xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, Qoşqar Ağaməmmədov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən ot götürmək istəyən zaman siçovul onun ayağını dişləyib.
Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar