Xəbər lenti
57 yaşlı kişiyə xəsarət yetirən keçmiş kürəkən tutuldu

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 8-i saat 16 radələrində rayonun Nəsimi kəndində həmin kənd sakini, 1966-ci il təvəllüdlü Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Almazovun keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
***
İyunun 8-də saat 16 radələrində 1969-cu il təvəllüdlü Azad Almasovun xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar rayon prokurorluğundan bildiriblər ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin Biləsuvar rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qaynatası Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Elşən Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar