Xəbər lenti
Gəlinlə bəy toy gecəsi öldü! - Səhər kənd meydanında yandırdılar

Xarici mətbuat xəbər verir ki, 24 yaşlı Pratap Yadav və 22 yaşlı Puşpa Yadav mayın 30-da möhtəşəm mərasimlə evləniblər.
Toydan sonra otaqlarına gedən cütlük səhər otaqdan çıxmayıb. Saatlar sonra otağa daxil olan ailə üzvləri yeni cütlüyün dünyasını dəyişdiyini görüblər.
Xəbərdən sonra hadisə yerinə gələn polisin verdiyi açıqlamada cütlüyün infarkt keçirərək dünyasını dəyişdiyi bildirilib.
"Mütəxəssislər cütlüyün otağına baxış keçiriblər və müəyyən ediblər ki, otaqda ventilyasiya yoxdur və tavan ventilyatoru və hava sirkulyasiyası olmadığı üçün ürək dayanması ehtimalı istisna oluna bilməz", - deyə polis müstəntiqi bildirib.
Başqa bir məmur isə açıqlamasında cütlüyün otağına zorla girmə əlamətinin olmadığını qeyd edib.
Daha sonra, gənc cütlüyün cəsədləri rayon əhalisinin inancına uyğun olaraq həmin gün kənddə qurulan xüsusi tonqalda yandırılıb. baku.ws
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar