Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən yol qəza hadisəsi ilə bağlı Lənkəran - Astara regional təhsil idarəsi açıqlama yayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, mayın 28-i saat 12:30-də Lənkəran rayonu, Xanbulan kənd ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Rayonun Liman şəhər 2 saylı tam orta məktəbinin direktoru ,Məmmədov Ramiz Şahvələd oğlu idarə etdiyi “Nissan” markalı minik maşını ilə qarşıdan gələn avtobusla toqquşub.
Qəza zamanı Ramiz Məmmədov və onunla birlikdə 2 sərnişin müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Onlardan R.Məmmədovun xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Liman 2 saylı məktəbin direktoru Ramiz Məmmədov Masallı rayon özəl klinikaların birinə göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Müəllimlər vaxtilə dərs dedikləri Lənkəran şəhər 3 nömrəli məktəbin məzunlarının məktəbi bitirmələrinin 30 illiyi ilə əlaqədar tədbirə gedərkən qəzaya düşüblər.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar