Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəbdə 19 uşağın diri-diri yanmasının baiskarı tapıldı: Telefonu əlindən alınan şagird... - Şəkillər

Tarix: 25-05-2023 08:19     Baxış: 3399 A- / A+
Qayanada internat məktəbində 19 uşağın ölümü ilə nəticələnən yanğını şagirdlərdən biri törədib, səbəbi telefonunun əlindən alınması olub.

Bu barədə France Presse xəbər agentliyi Qayana hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, polisin rəsmi hesabatında qəsdən yandırılma qeyd olunub. Bildirilir ki, məktəb şagirdi mobil telefonu müsadirə edildiyi üçün bunu edib.
Adı açıqlanmayan məmurun sözlərinə görə, yeniyetmə qız artıq yanğın törətdiyini etiraf edib. O, hazırda xəstəxanada polisin mühafizəsi altındadır.

Bundan əvvəl bildirilib ki, Madiya şəhərində məktəbdə baş verən yanğını araşdıran yanğınsöndürənlər birmərtəbəli taxta binanın tamamilə yanması nəticəsində qəsdən yanğın törədildiyini elan ediblər.

Faciə ilə əlaqədar Qayana Prezidenti İrfaan Əli ölkədə üçgünlük milli matəm elan edib.

Ölənlərin şəxsiyyətini müəyyən etmək üçün DNT testinin aparıldığı bildirilir. Bununla əlaqədar olaraq, Qayana hökuməti artıq ölkənin beynəlxalq tərəfdaşlarından lazımi dəstək istəyib. oxu.az


Manevr.az 






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar