Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

İtkin düşən 13 yaşlı Əfsanə vəzifəli şəxsin qızıdır?

Tarix: 22-05-2023 14:55     Baxış: 4338 A- / A+




Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyevanın vəzifəli şəxsin qızı olması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, guya Ə.Tağıyeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızıdır və onun evdən qaçıb.
Manevr.az bildirir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyev məlumatı təkzib edib. O bildirib ki, məlumat tam yanlışdır və maraqlı şəxslər onun nüfuzuna xələl gətirmək üçün bu addımı atır: "Mənim qızımın adı Tağıyeva Ləman Rasim qızıdı və onun 9 yaşı var. Qızım da itkin düşməyib. İtkin düşən qız isə 13 yaşlı Tağıyeva Əfsanə Mətləb qızıdır, həmkəndlimizdir. Sadəcə kəndçimizdir. Bəzi şəxslər mənə qarşı kompaniya aparmaq üçün belə bir məlumat yayır".
Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar